Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətinin Berd rayonunun hərbi komissarı Derenik Papyan güllənərək öldürülüb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Movses kəndində baş verib.
Ermənistan polisinin mətbuat xidmətindən bildirilib ki, 18 sentyabr saat 21:00-22:00 radələrində Movses kəndində 41 yaşlı Artur M. mübahisə zəmnində 49 yaşlı D. Papyana ov tüfəngindən atəş açıb. Aldığı güllə yarasından Papyan yerindəcə keçinib.
Cinayəti törədən Artur M. həbs edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.