Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Azərbaycan Ordusunun vəfat edən zabitinin dəfn olunacağı yer məlum olub - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Ordusunun vəfat edən zabitinin dəfn olunacağı yer məlum olub.
“Qafqazinfo” xəbər verir ki, Ülvi Bağırov sabah Salyan şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
19:36
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!” - deyə məlumatda bildirilib.
