Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Ordusunun zabiti faciəli şəkildə HƏLAK OLDU
Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmov yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, Qaxın Qorağan kəndindən olan Seydullah Məhərrəmov Vətən müharibəsində də iştirak edib.
O, Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunda İLK: Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ
- Naxçıvanda əsgərin qətlində ittiham olunan hərbi hissə komandiri və xidmət rəisinə hökm oxundu
- Ordumuzun zabiti vəfat edib
- Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib
- Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub