Stokholm Beynəlxalq Tədqiqatları İnstitutunun (SİPRİ) məlumatına əsasən, 1985-ci ildən 2014-cü ilə qədər olan dövr ərzində dünyada ixrac edilən pilotsuzların 60,7%-i İsraildə istehsal edilib.
İkinci yerdə bu dövr ərzində pilotsuzların 23,9%-ni ixrac edən ABŞ-dır. Üçüncü yerdə isə Kanadadır (6,4%), Oxu.Az newsru.co.il-ə istinadən xəbər verir.
2010-cu ildən 2014-cü ilə qədər olan dövr ərzində İsrail 165 PUA, ABŞ 132 aparat, üçüncü olan İtaliya isə 37 maşın ixrac edib.
SİPRİ qeyd edir ki, öz PUA-nı ixrac edən ölkələr klubu çox da geniş deyil. 2005-2009-cu illərdə bu 11, 2010-2014-cü illərdə isə cəmi 10 ölkə idi.
Eyni zamanda, PUA-nı idxal edən ölkələrin sayı 35-ə çatıb. Pilotsuzların iri idxalçısı Böyük Britaniyadır, 2010-cu ildən 2014-cü ilə qədər ABŞ-dan 6 PUA almaqla yanaşı, İsraildən müxtəlif modifikasiyalı 55 maşın alıb (ümumilikdə göstərilən dövr ərzində idxal edilən maşınların 33,9 %-i).
PUA-nın idxalı üzrə ikinci ölkə Hindistandır, o idxal edilən pilotsuzların 13,2%-ni alıb. Daha sonra İtaliya, Azərbaycan, Almaniya, Türkiyə, Fransa, Sinqapur və Braziliya gəlir.