Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb.
Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunda İLK: Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ
- Naxçıvanda əsgərin qətlində ittiham olunan hərbi hissə komandiri və xidmət rəisinə hökm oxundu
- Ordumuzun zabiti vəfat edib
- Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib