Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşdü - VİDEO
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb.
Görüşdə cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Rəylər