Naxçıvan istiqamətində yerləşən cəbhə xəttində atışma zamanı erməni hərbçi yaralanıb.
Oxu.Az “Ermənistan xəbərləri”nə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirin mətbuat katibi Arsun Ovannisyan “Facebook” səhifəsində yazıb:
“Atışma zamanı Ermənistan ordusunun müqaviləli hərbçisi Baqdasaryan Vaaqn Samveloviç (1974-cü il) yüngü yaralanıb”.