Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daha bir erməni hərbçi öldürülüb.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bu gün saat 15:10 radələrində Dağlıq Qarabağda 1995-ci il təvəllüdlü əsgər Arutyun Qrayroviç Qəmbəryan döyüş postunda olarkən ölümcül güllə yarası alıb.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.