Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən "EFES-2026" çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
"EFES-2026" təliminə hazırlıq prosesi davam edir - VİDEO
Qeyd edək ki, icra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir.
Qaynar xətt:
(055) 224 12 12