Ermənistan ordusunun daha bir əsgəri mina partlayışında yaralanıb.
Oxu.Az News.am-a istinadan xəbər verir ki, hadisə dekabrın 11-də ön xətt mövqelərində baş verib.
Partlayış nəticəsində döyüş növbətçiliyi aparan Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb.
Hazırda hərbi qulluqçu Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər.
Azər Məmmədov