Ermənilər ötən gecə cəbhə xəttində gedən atışma zamanı itki verdiklərini təsdiqləyiblər.
Oxu.Az-ın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun əsgəri 1995-ci il təvəllüdlü Erik Qriqoryan Azərbaycan Silahlı Qüvvələri ilə atışmada öldürülüb.
Məlumata görə, o, bu gün ordudan tərxis olunmalı idi.
Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə baş verən son insidentlə bağlı məlumat yayıb. Məlumata əsasən, rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.