Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fövqəladə Hallar Nazirliyi Şuşada təcrübə-sınaq laboratoriyası yaradıb - FOTO
Şuşa şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun təcrübə-sınaq laboratoriyası yaradılıb.
“Report” xəbər verir ki, bu barədə Agentliyin rəis müavini Elxan Əsədov Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisində məlumat verib.
“FHN-in müvafiq qurumları işğaldan azad olunmuş ərazilərdə zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görüb. İnşaat sahəsinə yardım və nəzarət edilməsi məqsədilə Qarabağ Regional Tikinti Müfəttişliyinin material-texniki bazası və kadr potensialı gücləndirilib. Hazırda ərazidəki tikinti işlərinə dövlət nəzarəti həyata keçirilir. İnşaat Materialları Elmi-tədqiqat İnstitutunun təcrübə sınaq laboratoriyası vasitəsilə isə ərazidəki köhnə tikililər müayinə olunur, eləcə də yeni tikinti meydançalarında sınaq işləri aparılır, təcrübələrin nəticələri inşaatçılara çatdırılır”, - deyə o qeyd edib.
İnstitutun bugünkü sərgidə öz stendi ilə çıxış etdiyini deyən E.Əsədov əlavə edib ki, belə sərgilərin nəticəsi müsbət olur:
“Çünki burada məlumatların operativ şəkildə çatdırılması və işgüzar əlaqələrin qurulması üçün daha əlverişli şərait yaradılır”.
Daha çox foto burada: Photostock.az
Rəylər