Xəbər verdiyimiz kimi, bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd-döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.
Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əsgərimiz bu gün saat 15:00-da Bədrə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.
Həlak olan hərbçimizin fotosunu təqdim edirik: