Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hindistanlı ekspert: “Ermənistandakı metallurgiya zavodu sakinlərin sağlamlığı üçün təhlükə törədir”
“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdəyən kəndində yerləşən metallurgiya zavodunun tullantılarının atmosferə atılan yüksək konsentrasiyalı çirkləndirici maddələri sərhəd zonasının sakinlərinin sağlamlığı üçün təhlükə törədir”.
Bunu “Report”a açıqlamasında Hindistanın Qərbi Benqal əyalətinin hökumətinin Səhiyyə və Ailə Rifahı Departamentinin nümayəndəsi Hasim Abdul Halim deyib.
Onun fikrincə, tullantıların səbəb olduğu çirklənmə qocaların, uşaqların və tənəffüs yolları xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərə bilər.
“Çirkləndirici maddələrə uzun müddət məruz qalma tənəffüs yollarında problemlərə, ürək-damar sistemi xəstəliklərinin və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Yerli sakinlərə təsiri minimuma endirmək üçün ətraf mühitə təsirlər hərtərəfli qiymətləndirilməli, hava və suyun keyfiyyətinə daim nəzarət edilməlidir”, - Halim vurğulayıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti