Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İran 44 günlük müharibə zamanı əlil olmuş ermənilərə reabilitasiya xidmətləri göstərəcək
İran ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır.
İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bu barədə İrəvanda ermənistanlı həmkarı Narek Mkrtçyanla görüşündə bildirib.
İranlı nazirin sözlərinə görə, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib.
İranlı nazir qonşu dövlətlərlə, xüsusən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib.
“Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət veririk. Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”, - deyə Mortazavi bildirib.
İran tərəfinin birgə peşə məktəblərin yaradılması ilə bağlı təklifi müzakirə olunub. Bundan əlavə, nazirlər Sünik vilayətində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını müzakirə ediblər.
İranlı nazirin sözlərinə görə, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib.
Mənbə: NEWS.am
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı
- Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaq
- Paşinyan Minsklə əlaqələr haqqında: "Hazırda münasibətlərimiz qeyri-aktivdir"
- Paşinyan: "İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib"
- Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"