Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İtkin düşən gizirimizin düşmən əlində olduğu ehtimal edilir
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib.
Bu barədə Oxu.Az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.
Eyni zamanda daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.
"Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.
Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq, qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir Samir Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq", - deyə məlumatda bildirilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdərə səfərindən videoçarx paylaşıb
- Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib
- Prezident: "Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir"
- Prezident: "Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər"
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar