Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə bağlı narahatlığını bildirib.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində olduqca çətin vəziyyətdir. Əvvəlki kimi atəşkəs rejiminin pozulması halları çoxdur, hərbi toqquşmalar artıb, təxribatçı qrupların fəaliyyəti aktivləşib,” – deyə XİN nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
“Qətiyyətlə tərəfləri gərginliyin azaldılmasına yönəlmiş effektiv tədbirlər görməyə çağırırıq. Münaqişənin eskalasiyasına aparan addımlardan qaçmağa çağırırıq,”, o qeyd edib.
www.oxu.az