Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq
Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.
O, bu işlərin cari ildə də davam etdiriləcəyini qeyd edib:
“Ali Baş Komandanın tapşırığına əsasən, 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesi tam başa çatdırılacaq”.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər