Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbər dezinformasiyadır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, bu cür bəyanatla ermənilər gələcək təxribatlarına zəmin yaradırlar.