Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.
E.Ə.
www.oxu.az