Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ombudsman: “Bakıda həbsdə olan separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb”
“Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərlə də görüşlər keçirilib. Onların bütün hüquqları təmin olunub”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) deyib.
“Hər bir saxlanılan şəxsə həssaslıqla yanaşırıq. Onlara da ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb, dövlət tərəfindən tərcüməçi ilə təmin olunublar”, - deyə Ombudsman qeyd edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.
"Arayik Arutyunyan" teqi üzrə xəbərlər
- Çoxüzlü Paşinyan: "Erməni demokratiyasının atası"nın həqiqəti və yalanı
- Arayik Arutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
- Ruben Vardanyan, Arayik Arutyunyan və digərlərinin məhkəməsində dövlət ittihamını müdafiə edənlər açıqlandı
- BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib
- Bakıda saxlanılan erməni hərbi cinayətkarlar ailələri ilə danışıblar
Rəylər