Mayın 31-dən iyunun 10-dək Türkiyə, Azərbaycan və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” adlı təlimləri başlayır.
Oxu.Az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən xəbər verir ki, Türkiyədə keçiriləcək təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında koordinasiyanı təmin etmək, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək, birgə əməliyyatların aparılması bacarıqlarını yüksəltməkdir.
Təlimdə Türkiyənin 1 xüsusi təyinatlı tağımı, iki çoxməqsədli helikopteri və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstandan isə hərəsindən1 xüsusi təyinatlı tağım iştirak edəcək.