Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində erməni hərbçisi Ayk Levonoviç Ambartsumyan (1996-cı il təvəllüdlü) yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Armenii” məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-də saat 08:30 radələrində təmas xəttinin cənub istiqamətində Ayk Ambartsumyan odlu silahdan yara alıb.
N.O.
www.oxu.az