Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazaxıstan və Azərbaycanın dənizçiləri hərbi təlimlərdə iştirak ediblər
Qazaxıstanın Aktau şəhərində "Caspian Breeze - 2025" hərbi dəniz təlimləri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat verib.
Təlimlər dəniz təsərrüfat fəaliyyəti obyektlərinin, hərbi dəniz bazalarının və gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəlib.
1-ci dərəcəli kapitan Kanat Niyazbekov qeyd edib ki, təlimlər ikitərəfli əməkdaşlığı gücləndirməyə və peşəkar təcrübə mübadiləsinə kömək edəcək.
Tədbir hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin birgə işinin möhkəmlənməsinə töhfə verən minifutbol, qol güləşi, kəndirçəkmə və üzgüçülük üzrə yarışlarla yekunlaşıb.