Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"S-300" ZRK döyüşə hazır vəziyyətə gətirildi - ORDUMUZUN təlimindən GÖRÜNTÜLƏR
Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim zamanı "S-300" "Favorit" zenit-raket komplekslərinin (ZRK) divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər.
Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.
Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır.

"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- Zakir Həsənov kollegiya iclası keçirdi, göstərişlər verdi
- Şəhid övladı faciəvi şəkildə həlak oldu
- Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
- Qərbi Azərbaycan Xronikası: "Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar"