Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
Birinci Qarabağ müharibəsi zamanı Füzulidə itkin düşən və 30 il sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqda tapılan Vüqar Telman oğlu Həsənovun nəşi Sabirabad rayonuna gətirilib.
“Report”un məlumatına görə, Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Üçtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan hərbçi, 1973-cü il aprelin 21-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuş Həsənov Vüqar Telman oğlunun nəşi doğulduğu Sabirabad rayonunda ailəsinə təhvil verilib.
Vida mərasimindən sonra şəhid V.Həsənov rayonun Muğan Gəncəli kənd qəbiristanlığında dəfn olunub.
Rəylər