Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şahinlərimiz havaya qalxdılar: Döyüş tapşırıqları icra edildi
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, "Su-25ML" və "Su-25" tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
- İrəvana olmayan inam - Şamaxıda İncilə əl basan imansız keşiş
- Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-in sabiq vəzifəli şəxsi barədə qərar verib
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- İranla ABŞ arasında müharibə başlayır? - Xəbərlərin 20:00 buraxılışı