Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Məsələ danışıq yolu ilə həll edilməlidir.
Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Armnyus”a avqust ayının 10-da Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.
“Biz, görüşə razılaşırıq, əsasən də söhbət yüksək səviyyəli görüşlərdən gedirsə, bu dəfə də istisna olmadı. Biz o dəqiqə Rusiya prezidentinin dəvətinə səs verdik, və gördüyünüz kimi görüş baş tutdu”, - o qeyd edib.
Mümkün razılaşmanın imzalanması məsələsinə gəldikdə isə Serj Sarkisyan deyib:
“Düşünmürəm ki, yeni razılaşma haqqında danışmağın mənası var, çünki mənası yoxdur – həm də, 1994 və 1995-ci illərdə iki razılaşma imzalanıb və tərəflər onun şərtlərini yerinə yetirməyə məcburdur. Əgər razılaşmada yeni müddəalar olarsa və onların əsasında hərbi qüvvələri tətbiq etmək istisna edilərsə... Başqa məsələ: bu atəşkəs razılaşması ilə müqayisədə yeni mərhələ olardı. Biz və vasitəçilər bu məsələni qaldırmışıq, amma hələlik Ermənistan Azərbaycanın buna müsbət münasibət bildirdiyini görmür”.