Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib
Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
"Report"un məlumatına görə, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb.
Onun nəşinin qalıqları sabah dəfn olunacaq.
Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.
Ən çox oxunanlar