Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Separatçılar təslim oldular: Antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu
Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumatda deyilir.
Bildirilir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi davam edir
- 70 kiloqram qızılla Türkiyədə saxlanılan azərbaycanlı polkovnik-leytenantla bağlı TƏFƏRRÜAT
- Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir
- Şahinlərimiz səmada: "Su-25" və "Su-25 ML" hücum təyyarələri ilə yüksək pilotaj
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
Rəylər