Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 avqust 2017-ci il tarixədək 84.044.509,72 AZN, 212.873,88 ABŞ dolları, 8036,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
A.M.