Mayın 7-dən 11-dək Sloveniyanın Lyublyana şəhərində Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.
Oxu.Az bu barədə Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.
Qeyd edək ki, Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadə Sloveniyanın Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunub.