Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlimlər təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşdığı qonaq hərbi şəxsi heyətin kvota planında məlumat verilib.
Millî Savunma Bakanlığı Haftalık Basın Bilgilendirme Toplantısı, 28 Haziran’da 53’üncü kuruluş yıl dönümünü kutlayacak olan Türk Havacılık ve Uzay Sanayii Anonim Şirketinde (TUSAŞ) gerçekleştirildi.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 18, 2026
Basın ve Halkla İlişkiler Müşaviri ve Bakanlık Sözcüsü Tuğamiral Zeki Aktürk… pic.twitter.com/Juq34DDKWy
Məlumata görə, plan çərçivəsində 16 ölkədən - Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb.
Bildirilib ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olacaq əlavə müraciətlər nəzərə alınmaqla bu sayın artırılması gözlənilir.