Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyənin yüksək vəzifəli hərbçiləri Bakıya gəlir
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.
Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Ən çox oxunanlar