Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini pozur.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.
“Dağlıq Qarabağda yenidən güc tətbiqi faciədir və atəşkəs rejimini pozur, eyni zamanda, tərəflərin bir-birini ittiham etməsi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə səyləri sarsıdır”.