Dünyaca məşhur azərbaycanlı fotoqraf Rza Diqqəti 1952-ci ildə Təbrizdə anadan olub.
1981-ci ildən isə Fransanın paytaxtı Parisdə yaşayıb fəaliyyət göstərir. Onun gördüyü işlər haqqında “National Geographic” televiziyası tərəfindən neçə-neçə sənədli film çəkilib. Onların arasında “Cəbhə gündəliyi” sənədli filmi 2002-ci ildə “Emmy” mükafatına layiq görülüb.
Ötən ilin sentyabrında Azərbaycanda olan Rza diqqəti Oxu.Az-a verdiyi (http://oxu.az/society/40596 və http://oxu.az/society/40856) müsahibələrində xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı, 20 Yanvar faciəsi haqqında geniş danışmışdı.
Bu gün isə Rza bəy Xocalı qətliamının anım günündə həmin faciədən dərhal sonra çəkdiyi fotoşəkilləri bizə təqdim edib.