Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.
A.M.