İyulun 31-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcəkdir.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.