Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zakir Həsənova cəbhədə atəş açmaq istəyiblər? - RƏSMİ MÜNASİBƏT
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə verdiyi açıqlamasında guya Azərbaycan Müdafiə naziri Zakir Həsənovun cəbhə zonasında olduğu zaman Ermənistan Silahlı Qüvvələrinin müşahidəsinə düşdüyünü və bundan sonra onun cəbhə xəttini tərk etdiyini deyib.
Azərbaycan Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, A.Qriqoryanın sərsəm fikirləri gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir.
“Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır”, - məlumatda bildirilib.
Samir Isayev
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
Rəylər