10 
Sen
2018
11:28
335
14
10621
Virtual karabakh

Aprel gecdir, Paşinyana sentyabr “hədiyyəsi” edək - ŞƏRH

10 Sen, 2018
11:28
10621

Aprel gecdir, Paşinyana sentyabr “hədiyyəsi” edək - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nikol Paşinyan yenə siyasətdə naşı olduğunu göstərdi, başından böyük sözlər danışdı.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkilinin dediyinə görə, Qərbdəki havadarlarının himayəsi və cinayətkar Sarkisyan xuntasının səhvlərindən yararlanıb, xalq kütlələrinin etirazl dalğasında çevriliş yolu ilə hakimiyyətə yiyələnən Ermənistan lideri, əslində, siyasətçidən, dövlət adamından daha çox uğursuz idarəçi və “siyasətbaz” olduğunu dəfələrlə nümayiş etdirməkdədir, Moskvaya son səfərində söylədiyi təxribat xarakterli sözlər bir daha bunun əyani və növbəti təsdiqi oldu.

T. Rzayev bildirib ki, aprel-may ayları ilə müqayisədə, Paşinyanın ölkədə nüfuzu və reytinqi sürətlə aşağıya düşməkdədir:

“Artıq ona qarşı sabiq prezident, hərbi cani Robert Koçaryanın başçılıq etdiyi böyük bir blok formalaşmaqdadır.

Həm Ermənistandan olub, hakimiyyətdən uzaqlaşdırılan, sıxışdırılan məmurlar, həm də “Qarabağ klanı”ndan olanlar Koçaryanın timsalında Paşinyana qarşı geniş cəhhə açmaqdadırlar. Paşinyanı çox ağır günlər gözləyir, ölkədəki problemlər də bəllidir.

Əslində, Paşinyanı yalnız bir məsələ - əvvəlki başabəla, cinayətkar rəhbərlərin, Koçaryan-Sarkisyan rejimlərinin avantürist, destruktiv siyasətlərindən əl çəkmək və Azərbaycanla konstruktiv şəkildə sülh danışıqları ətrafında, danışıqlar masası arxasında əyləşmək və ədalətli sülhə razı olmaq qurtara bilərdi. Amma görünür, o, bu fürsətini, bu şansını da əlindən verməkdədir.

Onun Moskvada iş adamları ilə görüş zamanı söylədiyi təxribat xarakterli sözləri, yəni, “gələcəkdə tanınmamış “Dağlıq Qarabağ Respublikası” Ermənistan ərazisinin tamhüquqlu tərkib hissəsi olmalıdır” cəfəngiyyatı Paşinyanın heç də xuntaçılardan, cinayətkar Koçaryan və Sarkisyandan fərqlənmədiyini, əksinə, ondan daha betər və avantürsit olduğunu göstərdi.

Bu adam nə danışdığını bilmir və fərqində deyil ki, münaqişənin həllinə, danışıqlar prosesinə, bölgədə sülhün, təhlükəsizliyin təminatına nə qədər böyük zərbələr vurur. O, ağlını başına yığmalı, buraxdığı təhlükəli və biabırçı xətadan geri dönməlidir. Yoxsa həm onun özü, həm də Ermənistan üçün böyük ziyanı olacaq.

Azərbaycan dövlət və dövlət rəhbəri səviyyəsində dəfələrlə açıq şəkildə bəyan edib ki, Qarabağ Azərbaycanın tarixi, ayrılmaz tərkib hissəsidir və torpaq məsələsində heç bir güzəştdən söhbət gedə bilməz.

Əgər Paşinyan bunu dərk etmirsə və ya özünü “uşaq yerinə” qoyursa, bu, artıq onun öz işdir və bunun cəzasının verilməsi uzun çəkməyəcək”.

Millət vəkili Aydın Mirzəzadə Paşinyanın sözlərini “təxribat və danışıqlar prosesinə böyük zərbə” adlandırıb.

“Ancaq, o, cavabını almalıdır. Aprel gecdir, Paşinyana bir sentyabr “hədiyyəsi” edək. Qoy, ayılsın”, - deyə millət vəkili fikirlərini tamamlayıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri