28 
Sen
2018
23:31
497
157
8642
Virtual karabakh

Düşənbədə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında söhbət olub

28 Sen, 2018
23:31
8642

Düşənbədə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında söhbət olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri