26 
Dek
2018
10:28
13
71
7747
Virtual karabakh

Azərbaycan KTMT tərəfdaşı statusu ala bilər? - EKSPERT RƏYİ

26 Dek, 2018
10:28
7747

Azərbaycan KTMT tərəfdaşı statusu ala bilər? - EKSPERT RƏYİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putinin dekabrın 25-də imzaladığı sənədə əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları institutu yaradılacaq.

Belə bir qərar hansı məqsədlərlə qəbul olundu? Müxtəlif versiyalar səsləndi. Bir çoxları KTMT-nin genişlənməsindən, hətta Azərbaycanın alyansın sıralarına daxil ediləcəyindən danışır.

Bu məsələni şərh etməsi üçün Oxu.Az tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauerə müraciət edib.

“Yəqin ki, söhbət müşahidəçi-tərəfdaş statusu hesabına halqanın genişləndirilməsindən gedir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər təşkilatlarda da belə hal baş verib.

Xatırlayırsınızsa, NATO-da belə bir tərəfdaşlıq var idi “Sülh naminə tərəfdaşlıq”, hətta Rusiyada bu tərəfdaşlıqda iştirak edirdi. Ona görə də, KTMT bu baxımdan qərb təcrübəsini mənimsəyir.”, - deyə Felqenqauer bildirib.

Onun sözlərinə görə, “tərəfdaş” statusu əslində yaxşı səslənir, onun üzərində heç bir öhdəlik olmur.

Bu məsələnin hər hansı pərdəarxası məqamları var? KTMT baş katibinin təsdiqlənməsi məsələsini xatırlaya bilərik. Təşkilatın bütün üzv-dövlətləri razılaşsa da, Ermənistanın cavabı hələ ki, yubanır. Həmsöhbətimiz Moskva ilə Yerevan arasında, xüsusilə bu məsələdə müəyyən gərginliyin olduğunu inkar etmir:

“Ancaq yeni “tərəfdaş” statusunun məhz bu səbəbə görə tətbiq olunduğuna inanmıram”, -deyə Felqenqauer qeyd edib.

Azərbaycanın KMTM-də iştirakının mümkünlüyünə gəlincə, Pavel Felqenqauerin sözlərinə görə, “iştirakdan” hər hansı söhbət getmir:

“Bəli  bu hər hansı hüquqi öhdəliklərin nəzərdə tutulmadığı formal bir status ola bilər. Belə status alan ölkə istəsə, birgə hərbi təlimlərdə iştirak edə bilər. Lakin bu ittifaqa qoşulmaq anlamına gəlmir. Çünki, eyni vaxtda həm NATO həm də KTMT tərəfdaşı olmaq olar”.

Felqenqauerin təbirincə, Azərbaycan KTMT-də  tərəfdaş və müşahidəçi statusu alsa belə, bu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə nəticələnməyəcək.

“Ermənistanda şübhəsiz ki,bununla bağlı səs-küy düşəcək. Ancaq onlar təşkilatın sıralarını tərk edən deyillər.Təşkilatdan çıxması Ermənistana ziyandan başqa heç nə verməyəcək”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri