21 
Dek
2018
15:32
220
27
6063
Virtual karabakh

Lukaşenko Bakıda təhsil almış şəxsi KTMT-yə baş katib təyin etdi

21 Dek, 2018
15:32
6063

Lukaşenko Bakıda təhsil almış şəxsi KTMT-yə baş katib təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin təyin olunması haqqında qərar imzalayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “BelTA” nəşri məlumat yayıb. 

Bu vəzifəyə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunu Stanislav Zas seçilib.

“Mən əvvəl demişdim ki, Belarusdan bu posta bir neçə namizəd olub. Ancaq mən Zas təklifinin üzərində dayandım, çünki əvvəl də qeyd etmişdim ki, indi istefada olan generalların formal təyinatından çəkinməli və daha perspektivli, gənc generalları bu posta təyin etməliyik”, - Lukaşenko əlavə edib. 

O ümid etdiyini bildirib ki, KTMT-nin digər üzvləri də bu praktikanı davam etdirəcəklər. 

Qeyd edək ki, Zasın namizədliyini Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiya prezidentləri dəstəkləyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri