25 
Noy
2021
16:12
176
41
2597
Virtual karabakh

Komitə sədri dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb - FOTO

25 Noy, 2021
16:12
2597

Komitə sədri dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər - Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.

Qonaqları salamlayan komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.

Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və dövlət komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri