Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pensərçaydan 74 yaşlı kişinin meyiti tapıldı - Həyat yoldaşı neçə gündür evə gəlmədiyini demişdi
Astaranın Pensər kəndində itkin düşən kişinin meyiti tapılıb.
Meyitin kənd sakini 74 yaşlı Allahbağış Əliyarova aid olduğu məlum olub.
A.Əliyarov noyabrın 14-də Pensərçayda balıq tutmağa gedib və onun bu zaman suya düşərək öldüyü ehtimal olunur.
"Həyat yoldaşı dedi ki, qardaşın dörd gündür evə gəlmir. Dedim ki, bəs neçə gündür harada qalır, mənə niyə deməyibsən?! Balıq tutmaq üçün çaya gedibmiş. Bu zaman içki içiblər, sürüşüb, başı dəyib. Üstəlik, həmin gün çayda sel olub. Biz də axtarırdıq, sən demə, orada imiş", - deyə mərhumun qardaşı bildirib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Astarada çaydan meyit tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çaydan kişi meyiti aşkarlanıb.
Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.
A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Rəylər