Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var"
"Cüzi də olsa, C Liqasında qalmaq şansımız var".
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Cüzi də olsa şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır".
Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki "Friends Arena"da keçiriləcək İsveç-Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? - "Uşaq futbol oynayır, tribunadakı valideyni söyür"
- Mahir Emrelinin "Nürnberq"i tərk etməsinə Almaniya klubundan rəsmi cavab - ÖZƏL
- Mahir Emreli "Nürnberq"dən ayrılır? - Meneceri danışdı
- Mahir Emrelinin komanda yoldaşı "Brayton"da
- Mahir Emreliyə təkliflər gəlib