Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kanadada ilk dəfə insanda quş qripi tapıldı
Kanadada insanlar arasında H5 quş qripi virusuna ilk yoluxma halı müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya Kolumbiyası hökumətinin saytında məlumat verilib.
"Britaniya Kolumbiyasında bir şəxs H5 quş qripi üçün müsbət test verib. Bu, ölkədə H5 quş qripinin insanda ilk aşkarlanması halıdır", - məlumatda deyilir.
Xəstə yerli uşaq xəstəxanasında müalicə olunan yeniyetmədir. Xəstənin yaxınlarından heç birinin virusa yoluxmadığı məlum olub.
Qeyd edək ki, quş qripi quşların həzm və tənəffüs orqanlarına təsir edən virus xəstəliyidir. Çox öldürücüdür və insanlara keçə bilər.
"Kanada" teqi üzrə xəbərlər
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək
- Maskın Kanada vətəndaşlığından məhrum edilməsi üzrə petisiya başlayıb
- Fransa Ukrayna və Avropanın təhlükəsizliyinə dair ikinci sammit keçirəcək
- Torontodakı dəhşətli təyyarə qəzasının ANBAAN GÖRÜNTÜLƏRİ
- Buzlaqlarda "yatan" təhlükə
Ən çox oxunanlar