Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vasif Talıbovun Ali Məclisin Sədri vəzifəsindən azad olunması ilə bağlı QƏRAR - YENİLƏNİB + FOTO/VİDEO
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.
Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin qanunverici orqanın altıncı çağırış səkkizinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müraciətinə baxılması məsələsi daxil edilib. Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Daha sonra qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.
15:33
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin verdiyi məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələ verilib:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması;
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vuraraq deyib ki, bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.
14:04
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada özü iştirak etməyib. Ötən gecə Bakıdan qayıdan Vasif Talıbovun istefa ilə bağlı müraciətini müavini oxuyub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, saat 12-də baş tutan sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasını birinci müavini Azər Zeynalov səsləndirib. Müraciətdə Vasif Talıbovun səhhətində yaranan problemlərə görə istefa verdiyini açıqlanıb.
Müraciətdə həm də V.Talıbovun Ali Məclisinin sədri vəzifəsindən istefa etsə də, deputat kimi fəaliyyətini davam etmək istədiyi qeyd edilib.
13:21
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasda istefa verib.
Bu barədə Oxu.Az saytına vəkil Mehman Muradlı məlumat verib.
O, açıqlamasında bildirib ki, Vasif Talıbovun vəzifələri birinci müavin Azər Yadulla oğlu Zeynalova həvalə edilib.
12:43
Hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası davam edir.
Bu barədə Bizim.Media məlumat verib.
Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasda istefa verib.
Aqil Vəlili
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib