30 
May
2023
11:42
323
30
1957
Virtual karabakh

İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB + FOTO/VİDEO

30 May, 2023
11:42
1957

İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.

Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

11:33

Azərbaycana səfərə gələn İsrail Prezidenti İsxak Hersoqun Bakıda rəsmi qarşılanma mərasimi olub.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu qarşılayıb.

Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri