Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Hematologiya və Transfuziologiya Mərkəzində korrupsiyaya qarşı əməliyyat keçirildi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat keçirib.
“Qafqazinfo”nun məlumatına görə, yol verilmiş qanunsuzluqlarla bağlı tədbirlər hazırda davam etdirilir.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiq edib.
Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.
Ən çox oxunanlar